“Bizim qıraqdan işğalçıya hərəkətlə yox, sözlə qıjanmağımız həqiqətən urvatsızlıqdır…”

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Qondarma rejimin “prezidenti” Bako Saakyan bu vəzifəsinin bitməsinə 12 gün qalmış aprel döyüşlərinin 4-cü ildönümü münasibətilə Talış kəndinə baş çəkib və aprel döyüşləri zamanı Azərbaycan Ordusu təəfindən məhv edilmişlərin xatirə kompleksinə çələng qoyub.

Elə həmin gün Saakyan yeni təyin olunmuş “müdafiə naziri” Cəlal Arutunyanın başçılıq etdiyi hərbi heyətin nümayəndələri ilə Talışda görüş keçirib.

İclasda ordu quruculuğu və ordunun döyüş hazırlığının yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.

Sözardı: 31 mart seçkilərinə münasibət bildirən bizim bəzi səlahiyyətlilər bu seçkiləri koronavirusa görə “urvatsız seçki” adlandırıb. Belə çıxır ki, məntiqlə koronavirus olmayanda keçirilən 6 seçkini urvatlı saymaq olar. Yaxşı olardı ki, Talış üzərindəki təpələrə nəzarət edən Azərbaycan Silahlı Qüvvələri Saakyanın bu gəlişinə mane olaydı və o zaman bu vaxtı bitməkdə olan ermənini “urvatsız” yola salmağımızı qeyd edərdik. Urvatlı, urvatsız – fakt budur ki, işğalçı Qarabağda arxayın oturub. Bizim qıraqdan işğalçıya hərəkətlə yox, sözlə qıjanmağımız isə.., həqiqətən urvatsızlıqdır.

Sozcu.az

Facebook Comments