Yusif Kari Ərdəbil həbsxanasından məzuniyyətə buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal Yusif Kari Ərdəbil həbsxanasından məzuniyyətə buraxılıb.

O martın 31-i günortadan sonra vəsiqə girov qoyaraq evə buraxılıb.

Həbsxana məsulları bundan əvvəl azərbaycanlı fəalın məzuniyyətə buraxılmasına razılıq vermirdilər.

Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən saxlanmışdır. Fəal sonralar Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilib, lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Yusif Kari Güney Azərbaycanın Ərdəbil şəhərindəndir. O bölgədə yaşanan işsizlik problemi səbəbindən son vaxtlar Tehran şəhərində işləyib.

Koronavirus infeksiyası İran və Güney Azərbaycan həbsxanalarında geniş yayıldıqdan sonra məhbusların səhhəti ilə bağlı nigaranlıqlar artıb.

Ərdəbil zindanında saxlanılan fəallar Abbas Lisani, Mojqan Siyami, Rəcayişəhr zindanında məhbus həyatı yaşayan Lətif Həsəni, Tehranın Evin zindanında həbs edilən Tövhid Əmir Əmini, Kazım Səfabəxş, Cəfər Rüstəmirad, Əlirza Fərşi, Ehsan Şokrxodayi və Zeynəb Həmrəng, Marağa zindanında saxlanılan Əkbər Əzizi, Urmiya zindanında saxlanılan Məlihə Bərqi Sadiqyani, eləcə də Təbriz həbsxanasında məhbus həyatı yaşayan Əmir Vəlizadə, Əmir Səttari və Məhəmməd Əbdulməhəmmədzadə hələ də həsbdədir, onlar hal-hazırda koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalıb.

Ötən günlərdə Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti koronavirus infeksiyası təhlükəsi ilə bağlı azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən imzatoplama kampaniyası başladıb. Kampaniyaya qoşulmaq üçün aşağıdakı Link-i tıklaya bilərsiniz:

https://www.ipetitions.com/petition/ask-iranian-authorities-to-release-temporarily

Sozcu.az

Facebook Comments