Poroşenko vəd etdi: Bütün komandamı…

İkinci turda qalib gələcəyim halda komandamda ciddi yeniliklər edəcəyəm.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Poroşenko deyib.

“Komandada ciddi dəyişiklik olacaq, çoxlu gənc kadr görəcəksiniz. Hazırda çoxsaylı təkliflər var, təhlil edirik və onları təqdim edəcəyik. Biz iqtisadi islahatlara davam edəcəyik, ölkənin müdafiə imkanlarını gücləndirəcəyik, qısa müddətdə ciddi iqtisadi sıçrayış olacaq”, – Poroşenko deyib.

Prezident həmçinin ilin sonuna qədər AB ilə əlaqələrin güclənməsi və NATO-ya üzvlük istiqamətində müqavilənin imzalanacağını da elan edib. Həmçinin hərbi əsirlərin qaytarılacağını vəd edib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu Poroşenko və Zelenski arasında 21 apreldə keçiriləcək.(Axar.az)

Facebook Comments