Adı korrupsiyada hallanan direktor AZTV efirində çıxış etdi

Ötən gün saytımıza daxil olan məlumatda Bakı şəhəri Rəsul Rza küçəsi 110 ünvanında yaşayan şikayətçı Kərimov Agakərim Əlmuxtar oğlu əvvəllər işlədiyi və qanunsuz olaraq işdən uzaqlaşdırıldığı C.Hacıyevadına  3 saylı uşaq musiqi məktəbinində baş verən qanunsuzluqlarla əlaqədar faktları qeyd etmişdir.

Məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

Bir neçə müddət öncə evdə televizora baxarkən AZTV efirində mənim üçün təəccüb doğuran bir məktəb direktorunun musiqi müsabiqəsində iştirak etdiyindən bəsh edən çıxışını dinlədim. Bu – barəsində 2016-cı ildən başlayaraq prokurorluq orqanlarında yol vermiş olduğu çox saylı qanuna zidd əməlləri, yəni məktəbdə “ölü canlar” saxlaması, küllü miqdarda ayrılan dövlət vəsaitinin mənimsənilib, oğurlanması, saxta sənədlərin hazırlanması ve s. barədə istintaq araşdırmaları aparılan C.Hacıyev adına  3 saylı uşaq musiqi məktəbinin direktoru Məhin Orucova idi.

Qeyd edim ki, 2001-ci ildən məktəbə direktor təyin edilən M.Orucova işə başlayandan sonra özünə tabe olanların hamısını dələduzluğa, saxtakarlığa, əliəyriliyə, oğurluğa, fırıldaqçılığa sövq etmiş, bu sayaq əməllərə rəğmən, özbaşınalıq  mühiti yaratmaqla qanunsuzluq yuvasına  çevirmiş burada özünəməxsus tərzdə kriminal struktur yaratmışdır.

Bu vəziyyətlə barışmayan məktəbin 6 nəfər müəllimi 2006-cı ildə prokurorluğa şikayət ərizəsi göndərdi. Bundan sonra direktor ondan şikayət etmiş müəllimlərə qarşı qərəzli və qisasçılıq mövqeyi tutaraq onları zərərsizləşdirmək qərarına gəldi.

Beləki, M.Orucova məktəbdə adı olub özləri olmayan müəllimlər, şagirdlər (ölücanlar) saxlayır bu ölücanların əvəzinə maaş cədvəlinə (tarifikasiya)imza edib onların maaşlarını cibinə qoyurdu.

Yuxarıda göstərilən faktlar və digər qanunsuz əməllərə yol vermiş C.Hacıyeva adına 3 saylı Uşaq Musiqi Məktəbinin  direktoru Orucova Məhin Əli qızı barəsində Səbail rayon Prokurorluğunda İstintaq araşdırmalarına  başlanmış və Bakı şəhər Prokrorluğunda bu araşdırmalar davam etməkdədir.

Sozcu.az xəbər saytı olaraq agentliyi olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Facebook Comments