Türkiyə ilə problemləri həll etməliyik – Avropada kritik iclas

Türkiyə və Rusiya ilə münasibətlərimiz normal deyil.

Sozcu.az xəbər verir ki, bunu AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə komissarı Jozep Borrel qurumun Xorvatiyada keçirilən Xarici İşlər Nazirləri Şurasında deyib.

“Hər iki ölkə ilə münasibətlərimizi fərqli mövqelərdən inkişaf etdirməliyik. Problemli məsələlərin sayı çoxdur. Amma bu çətinlikləri aradan qaldırmaq üçün yaxınlaşmağa ehtiyacımız var.

Rusiya ilə Krım böhranından sonra müxtəlif mövqelərdə razılaşma əldə etmək üçün şərait yaranıb. Enerji sahəsi, iqlim dəyişikliyi ilə bağlı mövzular, Rusiyanın Liviya və Suriyada fəaliyyət göstərməsi kimi məsələlər təhlükəsizliyimizin təminatı üçün vacib rol oynamaqdadır. Bu gün bu məsələlərin necə həll ediləcəyi ilə bağlı maraqlı bir yanaşma ortaya çıxıb”, – J.Borrel bildirib.

AB rəsmisi qeyd edib ki, Türkiyə ilə münasibət İdlibdəki böhranla yaxından əlaqəlidir:

“Yeni bir miqrasiya böhranının başlanğıcındayıq. Türkiyənin miqrantları sərbəst buraxması Avropa sərhədlərinin açıq olduğuna inanc yaradıb. Sərhədlərimizi qorumalıyıq. Miqrantlar bilməlidirlər ki, qeyri-qanuni şəkildə sərhədləri keçə bilməzlər. Bununla mübarizəni gücləndirməliyik.

Eyni zamanda Türkiyə ilə də bir çox məsələləri həll etməliyik. Çünki Türkiyə də Liviya böhranında vacib rol oynayır”.axar.az

Facebook Comments