Xocalı şəhər 4 nömrəli orta məktəbin tarix müəllimi özünü asaraq öldürüb

Xocalı sakini olan 59 yaşlı müəllim özünü asaraq öldürüb.
Sozcu.az xəbər verir ki, Hadisə Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində yerləşən köçkün şəhərciyində baş verib. Belə ki, Xocalı şəhər 4 nömrəli orta məktəbin tarix müəllimi 59 yaşlı Xocalı rayon Cəmilli kənd sakini Qəhrəmanov Qəhrəman Ağakərim oğlu yaşadığı evin həyətində özünü asaraq öldürüb. İntihara dünyasını dəyişən şəxsin yığılıb qalan borcu və bundan qaynaqlanan psixoloji durumunun səbəb olduğu bildirilir.(Yeniavaz.com)

Faktla bağlı Xocalı rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook Comments