Ağsu məktəbində Abdulla Şaiqin doğum günü qeyd olunub

Ağsu rayon Muradlı kənd tam orta məktəbində Azərbaycan ədibi və maarifçisi Abdulla Mustafa oğlu Talıbzadənin (Abdulla Şaiqin) anadan olması qeyd olunub.

Sozcu.az xəbər verir ki, tədbirdə XX əsr Azərbaycan ədəbiyyatının təşəkkül tapıb inkişaf etməsində şair, naşir və dramaturq kimi Abdulla Şaiqin böyük əməyinin olduğu, onun Azərbaycanda uşaq ədəbiyyatının, xüsusilə milli uşaq dramaturgiyasının yaranmasında misilsiz xidmətlər göstərdiyi vurğulanıb.

Bir əsrə yaxındır ki, Azərbaycan xalqının neçə-neçə nəsli Abdulla Şaiqin uşaqlar üçün müxtəlif janrlarda qələmə aldığı gözəl sənət nümunələrindən faydalanıb və indi də faydalanmaqda davam etdiyi, Abdulla Şaiqin Azərbaycanın elmi və ədəbi mühitində sanballı ədəbiyyatşünas və gözəl bədii tərcümə ustası kimi də yaxşı tanındığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

    

Facebook Comments