“MSK seçkinin nəticələrinin ləğvinə meyllidir” – Pənahovdan sensasion açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sensasion fikirlər səsləndirib.

Sozcu.az xəbər verir ki, o, qurumun bu gün keçirilən iclasında 9 fevral seçkilərində baş verən pozuntulara görə DSK sədrlərini günahlandırıb. Məzahir Pəmahov əlavə edib ki, pozuntularla bağlı məsələləri seçki prosesi başa çatandan sonra da araşdırmağa davam edəcəklər.

MSK sədrinin sözlərinə görə, istənilən halda seçki komissiyaları bunların baş verməsinə görə günahkardır.

“MSK əslində, seçkinin nəticələrinin ləğv olunmasına meyllidir. MSK-ya daxil olan bütün şikayətlər yoxlanılır və geniş şəkildə araşdırılır. Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür”, -deyə Məzahir Pənahov vurğulayıb.(Yeni Sabah)

Facebook Comments