Şəxsiyyət vəsiqələrindəki qeydiyyat ünvanı məntəqə siyahıları ilə üst-üstə düşmür

53 saylı Quba-Qusar seçki dairəsinin Aşağı Atuc kəndindəki 19 saylı məntəqəsinin müşahidəçisi Nuranə Axundzadə deyir ki, saat 10:00-dək məntəqədə 75-80 nəfər səs verib. Seçici aktivliyi yüksəkdir.

“5 nəfər qeydiyyatı uyğun olmadığı üçün geri qaytarılıb. Seçki siyahıları düzgün deyil, seçicilərin şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı məntəqə siyahıları ilə üst-üstə düşmür. Karusel olmasa da, ailəvi, daha çox məhəllədən bir neçə nəfər yığışıb gəlirlər “.

Müşahidəçi bildirir ki, seçicilər əvvəlcədən öyrədilmişə oxşayır:

“Çünki bülleteni alandan sonra namizədin adını soruşur, səhv salır, səs verəndən sonra çıxıb həmin namizədin nümayəndəsinə işarə edir, “xəbər verərsən, müəllimə”, “səs verdim a” tipli xəbərdarlıqlar edirlər.

Bu kənddən olan Hafiz adlı bir namizədin adı çox çəkilir. Müstəqil müşahidəçilərlə hesablaşırlar. Bizə xarici müşahidəçi deyirlər”.

Sozcu.az

Facebook Comments