“Real”la “Barselona” da yarımfinala çıxa bilmədi

Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Sozcu.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Valensiya” səfərdə “Qranada” ilə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə qələbə qazanmaqla yarımfinala yüksəliblər.

İkinci oyun günündə isə “Vilyarreal” aşağı liqa təmsilçisi “Mirandes”ə məğlub olaraq mübarizəni dayandırıb.

Sonuncu oyun günündə isə iki görüş baş tutub. “Real” doğma meydanda “Real Sosyedad”a uduzmaqla kubokla vidalaşıb. “Barselona” da səfərdə “Atletik”ə minimal hesabla uduzub.

İspaniya kuboku, 1/4 final

4 fevral

Qranada – Valensiya 2:1
Qol: Soldado, 3; 90+4-pen – Rodriqo, 40.

5 fevral

Mirandes – Vilyarreal 4:2
Qol: Ayas, 17. Merkelans, 45+3-pen. Onaindia, 58. A.Sançes, 90+2 – Ontiveros, 32. Kasorla, 55-pen.

6 fevral

Real – Real Sosyedad 3:4
Qol: Marselo, 59. Rodriqo, 81. Naço, 90+3 – Odeqar, 22. İsak, 54; 56. Merino, 69.

Atletik – Barselona 1:0
Qol: Uilyams, 90+3.(Komanda.az)

Facebook Comments