Mirziyayev rektorlara savaş açdı: Savadsız, vicdansız…

Özbəkistanın bəzi universitetlərinin rektorları öz vəzifələrini tərk edə bilər.

Sozcu.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev deyib. Prezident Daşkənd Dövlət İqtisad Universitetindəki situasiyanın ağlamalı vəziyyətdə olduğunu bildirib.

O, bu universitet əməkdaşlarının yarısının attestasiyadan keçmədiyini bildirib:

“Mən sizdən narazıyam. Mən dünən Daşkənd Dövlət İqtisad Universiteti barədə danışdım. Universitet əməkdaşlarının 60-65%-i attestasiyadan keçə bilməyiblər. 20 il ərzində vicdansız, biliksiz adamlar uşaqları öyrədiblər. Bu uşaqlarla nə olacaq? Onlar haraya gedəcəklər? Harada çalışacaqlar? Onlar böyük banklarda işləyə biləcəklərmi? Yox.

Yaxın günlərdə biz daha çox rektoru vəzifələrindən azad edəcəyik. Mənim masam üzərində olan informasiyaya görə, bu rektorlar bilik, təhsil səviyyələrinə görə hətta universitet mühafizəçisi olmağa belə layiq deyillər”.(Axar.az)

Facebook Comments