Şərqi Azərbaycanda muzeylərə gələn turistlərin sayı artıb

Şərqi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi payız aylarında əyalətin muzeylərinə gələn turistlərin artdığını bildirib.

Murtaza Abdar bu barədə yerli jurnalistlərin qarşısında çıxış edib.

“Şərqi Azərbaycanın dərin tarixi var, ona görə də əyalətdə çox sayda mədəni və tarixi əsərlər mövcuddur. Elə bu səbəbə görə, Şərqi Azərbaycanda muzeylərin sayı da çoxdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə payız aylarında Şərqi Azərbaycana səfər edən, eləcə də yerli muzeylərə gələn turistlərin sayı 3.5 faiz artıb.”- deyə o bildirib.

Şərqi Azərbaycan Əyalətindəki muzeyləri sadalayan Murtaza Abdar yaxın zamanda yeni muzeylərin açılacağını, əyalətdə muzey sayısının 45-ə çatacağını qeyd edib.

Güney Azərbaycanın bütün əyalətləri mədəni və tarixi əsərlər, eləcə də füsunkar təbiəti ilə turistlərin diqqətini çəkir. Iakin rejimin ayrı-seçkilik siyasəti nəticəsində bölgədə turizm sektoru inkişaf etmir. Bu vəziyyət uzun illərdir ki, dəyişmir.

Sozcu.az

Facebook Comments