Prezident Davosda çıxış etdi: Bu, bizi narahat edir!

Azərbaycan regional təhlükəsizlik və stabillikdə maraqlıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev çərşənbə günü Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında çıxış edərkən bildirib.

“Ermənistan ərazimizin 20%-ni işğal edib və bu, BMT Təhlükəsizlik Şurası qətnamələrinin və beynəlxalq hüququn pozulmasıdır. Bu, daimi təhdid mənbəyidir. Biz İran-ABŞ münasibətlərində gərginliyin artmasını görürük, regionda digər qaynar nöqtələr də var ki, bizi narahat edir. Biz təhlükəsizlikdə, sərhədlərimiz xaricində situasiyanın proqnozlaşdırılan olmasında maraqlıyıq, çünki xaricindəki hətta iqtisadi çətinliklər bizim iqtisadi və sosial situasiyamıza təsir edə bilər”, – deyə o bildirib.

Prezidentin sözlərinə görə, regionda qeyri-stabillik Azərbaycanı hər şeydən çox narahat edir.

İlham Əliyev regional təhlükəsizliyin təmin olunmasının, stabilliyin qorunması məsuliyyətinin supergüclərin çiynində olduğunu bildirib.

Prezident vurğulayıb ki, Azərbaycanda daxili risklər yoxdur.

Facebook Comments