Azərbaycanla sərhəddə faciə: əmiuşaqları yanaraq öldü

Ötən gün Azərbaycanla həmsərhəd Kaxetiya vilayətində faciə baş verib. 

Sozcu.az xəbər verir ki, baş verən avtomobil yanğınında 3 yeniyetmə həlak olub.

İlkin məlumatlara görə, Melaani kəndi yaxınlığında avtomobil aşıb və alovlanıb. Sükan arxasında olan 14 yaşlı oğlan və daha bir yeniyetmə maşından son anda çıxa bilib. Qalan üçü nəfər isə həlak olub.

Ölənlərin əmiuşaqları olduğu bildirilir. 

Share on Facebook