Həbsdə olan Şəmşad Ağanın bacısı da vəfat etdi

Həbsdə olan jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın bacısı Zəminə Ağayevə vəfat edib.

Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları sosial media vasitəsilə məlumat yayıblar.

Xatırladaq ki, ötən ayın 28-də jurnalistin anası, ötən il oktyabrın 12-də isə 18 yaşlı qardaşı qızı Səma Ağayeva dünyasını dəyişmişdi.

Qeyd edək ki, Şəmşad Ağa ötən ilin fevral ayında “Meydan TV” işi üzrə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Share on Facebook