Daha bir rayonda ehsan ləğv olundu

Azərbaycanın daha bir rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv olunub.

Sozcu.az-ın xəbərinə görə, bu barədə rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib.  

Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib.

Mərasimlərdə yalnız çay süfrəsi açılacaq.

Qeyd edək ki, indiyə qədər Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və başqa rayonlarda ehsan verilməsi dayandırılıb.Yenisabah)

Share on Facebook