Türkiyəyə aparılan Rasim Balayevdən xəbər var - “Əvvəl dərman qəbul etmək istəmirdi, amma indi yaxşıdır...”

Bir neçə gün öncə, “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin müalicəsi İstanbul Memorial Xəstəxanasında davam etdirilir.

Bu barədə Pravda.az-a Əməkdar incəsənət xadimi Baba Vəziroğlu məlumat verib.

O deyib ki, həkimlər Rasim Balayevlə bağlı müsbət rəy veriblər: “Deyirlər ki, hər şey yaxşı olacaq, müalicə effektini göstərəcək. Özü telefon istifadə etmir, həkim icazə vermir. Oğlu Ülvi ilə hər gün danışıram. Bu günlərdə müalicəsini bitirib Bakıya qayıdacaq. Şükür, yaxşıdır. Artıq yeməyini yeyir. Çünki bir müddət yemək yemək, dərman qəbul etmək istəmirdi. İndi yeməyini də yeyir, dərmanlarını da qəbul edir. Həkim deyir ki, elə buna görə də Rasim Balayev tezliklə sağalacaq”.

Share on Facebook