“İran Haaqa Məhkəməsinə verilməlidir” – Xəzər Teyyublu

KXCP İdarə Heyyətinin üzvü, tanınmış siyasətçi Xəzər Teyyublu Ukraynaya məxsus təyyarənin İran tərəfindən vurulmasına münasibət bildirərkən, İranın Haaqa Məhkəməsinə verilməsinin vacib olduğunu deyib:

“İranda səhvən (yaxud qəsdən) vurulan mülki təyyarə faciəsindən sonra məlum İran generalı Qasim Süleymaninin ölümünə olan ajiotaj azalacaq və diqqət təyyarə faciəsinə yönələcək. Bu hadisədən sonra İran üzərindən təyyarə uçuşu üçün beynəlxalq xəttlərdən istifadə risk tələb etdiyindən, aviakompaniyalar uçuş sxemlərini yaqin ki, dəyişəcəklər.

İran artıq özünü dünyadan, dünya siyasi siyasi düzən qanunlarından təcrid etməkdədir.
Mülki təyyarədəki 176 nəfər dinc insanın ölümünə görə İran Haaqa Məhkəməsinə verilməlidir. Milliyətindən,dinindən, irqindən aslı olmayaraq, siyasətə,məkrə qurban verilən dinc insan ölümləri qətiyyətlə pislənilməlidir.

Anar Rəsullu

Sozcu.az

Facebook Comments