Vizasız hara səfər edə bilərik?

Qubad Ibadoğlu

“HenleyPartners” şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən növbəti pasport reytinqini dərc edib. Reytinq siyahısı müxtəlif ölkələrin vətəndaşlarının standart pasportla vizasız ya da sərhəd qapısında viza alaraq ziyarət edə biləcəkləri ölkələrin sayına əsasən tərtib edilir.
Aşağıdakı cədvəldə keçmiş sövet respublikaları üzrə bu istiqamətdə hazırkı vəziyyəti təqdim olunur. Cədvəldən göründüyü kimi, Avropa Birliyinə üzv olmaq Baltikyanı ölkələrə xüsusi üstünlük yaradıb. Estoniya, Latviya və Litvanın vətəndaşları müvafiq olaraq dünyanın 119-121 ölkəyə vizasız gediş-gəliş etmək və yaxud da sərhəd qapısında viza əldə etmək hüququna malikdir.

100-dən çox ölkəyə vizasız səfər etmək və yaxud da sərhəd qapısında viza əldə etmək hüququ MDB-nin 4 ölkəsinə (Ukrayna, Moldova, Rusiya və Gürcüstan) də məxsusdur. Azərbaycana gəlincə, ölkə vətəndaşları Ermənistan vətəndaşları ilə müqayisədə daha çox 5 , Gürcüstan vətəndaşları ilə müqayisədə isə daha az 49 ölkəyə vizasıs səfər edə və ya sərhəddə standart pasportu təqim etməklə viza ala bilərlər.

Vizasız gediş-gəliş həm də dünyaya inteqrasiya göstəricisi hesab olunur. Azərbaycanla Avropa Birliyi (AB) arasından Viza rejiminin sadələşdirilməsi haqqında Saziş 2013-cü ilin noyabr ayında və Readmision Sazişi 2014-cü ilin fevral ayında imzalanıb, hər iki müqavilə 2014-cü ilin sentyabrından qüvvəyə minib. Lakin, indiyə qədər AB və Azərbaycan arasında Assosiasiya Sazişi imzalanmadığına görə, ölkə vətəndaşları Avropaya moldovanlar, ukraynalar və gürcülər kimi vizasız səyahət edə bilmirlər. Bu da son nəticədə Pasport İndeksində Azərbaycanın mövqeyinə mənfi təsir göstərir.

Azərbaycan vətəndaşlarının vizasız ya da sərhəd qapısında viza alaraq səfər edəcəyi ölkələr bunlardı:

1. Cibuti
2. Nambiya
3. Seyşel adaları
4. Antiqua və Barbuda
5. Barbados
6. Dominikan
7. Ekvador
8. Somali
9. Toqo
10. Uqanda
11. Zimbabve
12. Tuvalu
13. Vanutu
14. Baham
15. Yamayka
16. Sent-Vinsent və Qrenadin
17. Boliviya
18. Haiti
19. Suriya
20. Qrenada
21. Malayziya
22. Maldiv adaları
23. Kuk adaları
24. Mikroneziya
25. Niue
26. Palau
27. Samoa
28. Benin
29. Kabo-Verde
30. Komor adaları
31. Qvineya-Bisau
32. Madaqaskar
33. Mavritaniya
34. Mavriki
35. Mozambik
36. Ruanda
37. Kolumbiya
38. Nikaraqua
39. Laos
40. Makao
41. Malaziya
42. Maldiv
43. Nepal
44. Şri-Lanka
45. Şərqi Timor
46. Qətər
47. Qazaxıstan
48. Qırğızıstan
49. Tacikistan
50. Özbəkistan
51. Belarus
52. Gürcüstan
53. Ukrayna
54. İran
55. Moldova
56. Rusiya
57. Türkiyə
58. Banqladeş
59. Kamboçya
60. İndoneziya
61. Albaniya
62. Bosniya və Herseqovina
63. Monteneqro
64. Şimali Makedoniya
65. Serbiya
66. İordaniya
67. Livan

Facebook Comments