Şirvanda baş verən yol qəzasında 4 nəfər ölüb – FOTO

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Şirvanın girişində qeydə alınıb. “Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gəliblərmiş.

Sozcu.az

Facebook Comments