Finlandiyada hava müşahidələri tarixində ən yüksək hava istiliyini qeydə alınıb – 31,8 dərəcə.
Sozcu.az Trend-ə istinadən bildirir ki, bu 175 ilin ən isti gündür.
“Finlandiyanın ən qədim meteoroloji stansiyası, Helsinki şəhərindəki 175 yaşlı Kaisaniemi metostansiyası, tarixində ən yüksək temperaturu – 31,8 ° qeyd edib. Əvvəlki rekord 1945-ci ildə idi (31,6 °)”, – məlumatda deyilir.
Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə Finlandiya və Helsinkini soyuqlar gözləyir.
Facebook Comments