İcra başçısının “Azad mətbuat” nağılına jurnalistin yerindəcə möhtəşəm cavabı

Mətbuat azadlığı, söz azadlığı bu hakimiyyət üçün yaddır.Çünki, mətbaut anlayışı bilməyən məmurlar açcaq ümid edir ki, mətbuat yalnız onların gördüyü işləri işıqlndırmalıdır. Tənqidə dözümsüzlük yaradan bu təbəqənin nümayəndələri, başa düşmür ki, mətbuat dördüncü hakimiyyət olmaqla yanaşı, bütün problemləri cəmiyyətə çatdırmaqla yanaşı görülən işlərdəki nöqsanları da ictimailləşdirməlidir.

Amma, dövlətçiliyi hakimiyyətlə ayıra bilməyən məmurların böyük əksəriyyəti monopoliyada olmayan müstəqil mətbuata qarşı radikal mövqe tuturlar. Necə ki, dünən mətbuat günü ilə bağlı, Göyçay rayon icra hakimiyyətində keçirilən tədbirdə baş verən olaylar kimi. Mən bu tədbirdə iştirak etmək istəmirdim. Amma, hər zaman Göyçay problemləri ilə bağlı, məqalələrimin baş “QƏHRƏMANI” icra başçısı Mehdi Səlimzadənin mətbuat anlayışını yoxlamaq üçün, çağrılmayan qonaq sifətində həmin tədbirdə iştirak etdim.

Təsadüfü qonaq olduğumu görən icra başçısı məni görən kimi adımı çəkməsədə mənə və rəhbərlik etdiyim sayta o cümlədən son illər Göyçayda baş verən olaylarla bağlı, tanınmış Turan Tv və onun rəhbəri Qənimət Zahidə qarşı təhqir etməkdən belə çəkinmədi. İcra başçısı ilk öncə mətbutaın yaranmasından danışdıqdan sonra, milli hakimiyyət dövrlərinə işarə vuraraq bildirdi ki, guya 1992-93 cü illərdə mətbuata qarşı, ciddi basqılar olub. Burda yaxşı deyiblər: Yalançının…

İcra başçısı daha sonra müstəqil mətbutat reket jurnalistika adlandıraraq onuda əlavə etdi ki, özünü müstəqil jurnalist kimi cəmiyyətə sırıyanlar təsadüfü bu sahəyə yerləşiblər.Mənim haqqımda bəzi xəbər portalları yalan informasiyalar yayırlar deyən icra başçısı bu cür mətbu orqanlara qarşı mübarizə aparmağın vaxtı çatdığını bildirdi. İcra başçısının bu sözləri mənə və müalif mövqeyli mətbuata qarşı yönıldiyini bildiyimə görə, qəflətən onun sözlərini kəsərək bildrdim ki, onun təşkil etdiyi bu gün ki, tədbirdə yaltaqlardan ibarət bura dəvət etdiyiniz təsadüfü jurnalistlər çoxluq təşkil edir, amma çağrılmamış qonaq kimi burada iştirakımın məqsədi sizin mətbuat haqqında anlayışınızın olmadığını bir daha sübut etdi.

Mən öz çıxışımda icra başçısına bildirdim ki, milli hakimiyyət dövründə (1992-93) bir nəfər jurnalist təzyiqlərə məruz qalmışdısa, sizin hakimiyyət dövründə dəfələrlə jurnalistlər şər-böhtanlara məruz qalaraq həbs ediliblər. Necə ki, bu gün Əfqan Muxtarlı və Seymur Həzi kimi onlarla jurnalist öz peşə fəaliyyətinə görə həbsxanadadırlar. Bundan başqa onu da əlavə etdim ki, mən təsdaüfən mətbuata gəlməmişəm. Belə ki, 1997-2003-cü illərdə Azadlıq Radiosunda jurnalist kimi fəaliyyət göstərmişəm. Necə ki, bu tanınmış radioya təsadüf adamlar işə götürülmür. ali təhsilli olduğumu və BDU-nun tarix fakultəsini və sonradan həmin ali təhsil ocağın jurnalist fakultəsini bitirdiyimi icra başçısına xatırlatdıqdan sonra ona bildirdim ki, bu gün hakimiyyətdə olanlar özləri təsadüfü insanlardır. Bu sözlərdən sonra mən tədbiri tərk etdim.

Hakmiyyətin bu gülməli tədbirindən belə məlum oldu ki, onların xalqa nümayiş etdirmək istədikləri bu cür şou tədbirlər formal xarakteri daşıyır.

Aqil Mahmudlu, Hefteaz.info saytının rəhbəri

Facebook Comments