“Gündə 300 manat radara pul ödəmişəm”

Müğənni Mənzurə Musayeva əvvəllər yol hərəkət qaydalarını pozduğunu etiraf edib.
Sozcu.az-ın məlumatına görə, sənətçi bu haqda “Hər şey daxil” verilişində deyib. O bildirib ki, bir vaxtlar hər gün cərimə ödəyirmiş:

“Sürətli sürürdüm, radara düşürdüm. Elə olurdu ki, bir gündə radara 300 manat ödəyirdim. İndi isə canım qurtarıb. Avtomobilimdə indi “avtopilot” qoşulub. Sürət həddini aşan kimi xəbər verir”.

Facebook Comments