ABŞ Türkiyəyə qarşı sərt qərar verib

ABŞ Türkiyəyə tətbiq etdiyi ticarət güzəştini ləğv edir.

Sozcu.az-ın ABŞ bürosunun xəbərinə görə, Birləşmiş Ştatlar Türkiyəyə tətbiq etdiyi imtiyazlı ticarəti dayandırmaq niyyətindədir.

Bu barədə ABŞ ticarət nümayəndəliyindən verilən açıqlamada məlumat verilib. Məlumata görə, ABŞ-ın Türkiyəyə bəzi ixrac mallarının güzəştlə idxalını nəzərdə tutan proqram çərçivəsində tətbiq etdiyi imtiyazın ləğv ediləcəyi bildirilir.

“Türkiyə artıq bu proqramda iştirak edə bilməz. Çünki, iqtisadiyyatı kifayət qədər inkişaf edib”, – deyə nümayəndəlikdən yayılan bəyanatda bildirilir.

Qurum hələ avqust ayından belə qərarın verilə biləcəyi mesajını vermişdi.

Facebook Comments