Səfirlik: “ABŞ Türkiyənin yanındadır”

“ABŞ terrorla mübarizədə NATO müttəfiqi olan Türkiyənin yanındadır”.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Birləşmiş Ştatların Ankaradakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlik sentyabrın 18-də Şanlıurfada törədilən terror aktında Türkiyə hərbçisinin ölümünə görə başsağlığı verib.

“Türkiyədəki ABŞ diplomatik nümayəndəliyi olaraq dünən Şanlıurfadakı hücumda həlak olan türk əsgərinin ailəsinə və yaxınlarına başsağlığı veririk”, – səfirlikdən bildirilib.

Qeyd edək ki, sentyabrın 18-də PKK terror qruplaşmasının üzvləri Şanlıurfanın Suruç vilayətində terror aktı törədiblər. Nəticədə Türkiyə ordusunun İsmet Aybek adlı hərbçisi şəhid olub, daha 1 əsgər isə yaralanıb.

Facebook Comments