“Ukrayna bu müharibəni udmalıdır və udacaq, mənim buna böyük inamım var”

“Müharibə və xüsusi əməliyyat iki müxtəlif anlayışlardır”

“Ukrayna Rusiya tərəfindən işğal edilən Donbas rayonlarını və Krımı geri ala bilər və müharibə belə də bitəcək”

“Zalujnı yaxşıır. Bu mürəkkəb dönəmdə o, təlaş keçirməyib. O, hazırlıqlı generaldır, öz üzərində çox işləyib”.

Sozcu.az xəbər verir ki, bunu “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Ukraynanın sabiq müdafiə naziri, istefada olan ordu generalı Vitali Radetski deyib.

O, Ukrayna Silahlı Qüvvələri Baş Komandanı Valeri Zalujnının hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

“Ukrayna ordusunun vəziyyətini mən kafi qiymətləndirirəm. Generalitetimiz inkişaf edib, bunu Baş Komandandan başlayaraq dəyərləndirmək gərəkdir. Əhsən ona! Zalujnı yaxşıdır. Bu mürəkkəb dönəmdə təlaş keçirməyib, təmkinlilik göstərib…Mən onu çoxdan tanıyıram, o, hazırlıqlı generaldır. Öz üzərində çox işləyib”, Radetski deyib.

O, qeyd edib ki, onun zamanı “keçib gedir”, Ukrayna zabitlərinin yeni nəsli formalaşır, silahlanma, taktika və strategiya dəyişib.

“Biz heç vaxt hibrid müharibələr söhbətini aparmamışıq, bu barədə heç təsəvvürlərimiz olmayıb, yalnız təxmin edə bilərdik.

Rusiya ordusunda taktika, əməliyyat sənəti hələ də sovetlərdən qalmadır. Nə qədər diletant olasan ki, cərgələrdə piyada yürüşü ilə hücuma keçəsən?

Rusiya qoşunlarının fevralda Ukraynaya hərbi müdaxiləsi Rusiya komandanlığının diletantlığının təzahürü olub.

Radetski işğalçıların nədən bu cür davrandıqlarının iki mümkün səbəbini açıqlayıb.

“Qoşunlar hara gedəcəyini bilməyib, üstəgəl “xüsusi əməliyyat” anlayışı. Axı, müharibə ilə xüsisi əməliyyat iki müxtəlif anlayışlardır.

Xüsusi əməliyyat odur ki, “onu operativ şəkildə aparırsan, Kiyevə daxil olub, tez bir zamanda hakimiyyəti dəyişib, öz nümayəndələrini təyin edirsən, bununla da hər şey bitir”.
“Müharibə isə uzunmüddətli tədbirdir”, – Radetski qeyd edib.

Daha sonra Radetski Ukraynanın Donbas və Krımın üzərinə gedib- getməyəcəyi barədə danışıb.

O, hesab edir ki, silahlanması kifayət qədər olacağı halda Ukrayna Rusiya tərəfindən işğal edilən Donetsk və Luqansk vilayətlərinin rayonlarını və Krımı geri ala bilər.

“Tam silahlanma olarsa, bizə silahlar, döyüş sursatları və bütün kəşfiyyat vasitələri verilərsə, müharibə belə də bitməlidir. Yalnız belə, başqa cür ola bilməz. Məsələ belə həll ediləcək. Çünki Putinlə və onun cinayətkar dəstəsi ilə danışıqlar mənasızdır. Onlar başqa dili anlamır. Onlar üçün diplomatiya mövcud deyil. Hər şey yalan və qəddar riyakarlıq üzərində qurulub”, – o, belə deyib.

Qordonun “Ukrayna bu müharibəni uduza bilərmi?” sualına Radetski mənfi cavab verib.

“Səkkiz illik müharibə, Silahlı Qüvvələrimizin topladığı təcrübə daxili inam yaradıb. Şübhələr hər zaman olur. Amma hazırlıq cəhətdən məndə belə bir inam olub və var”, – o, əminliyini ifadə edib.

Facebook Comments