Rusiyaya qarşı sanksiyaları sərtləşdirməliyik – Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, o cümlədən bankların fəaliyyəti və ya onların SWIFT sisteminə çıxışının məhdudlaşdırılması istiqamətində qadağaların artırılmasına dair çağırış edib.

Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Etiraf etməliyik ki, sanksiyalarla bağlı daha çox iş görməliyik. Biz daha çox şey edə bilərik və bunu etməliyik”, – o, bazar ertəsi “Skay Nyus” telekanalının efirində deyib.

“Dünya SWIFT, bankçılıq sahəsində daha çox şey edə bilər, fiziki şəxslərə qarşı sanksiyaların genişləndirilməsi üçün daha çox iş görülməlidir”, – B.Conson söyləyib.

Facebook Comments