Bu xəstəxananın baş həkimi vəzifəsindən azad edildi

Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi Pərviz Hacıyev vəzifəsindən azad olunub.

Sozcu.az xəbər verir ki, bu barədə o, özü bildirib.

P. Hacıyev öz istəyi ilə vəzifəsindən ayrıldığını qeyd edib.

Bu addımı öz inkişafına və pasiyentlərinə daha çox vaxt ayırmaq üçün atdığını bildirib.

O, etimad göstərdiklərinə görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinə təşəkkür edib.

Facebook Comments