Levandovski, Messi və Ronaldo kimlərə səs verib?

Robert Levandovski (“Bavariya”), Kriştiano Ronaldo (“Mançester Yunayted”) və Lionel Messinin (PSJ) FİFA-nın “The Best” mükafatı üçün sorğuda kimlərə səs verdiyi məlum olub.

Sozcu.az xəbər verir ki, Polşa yığmasının kapitanı olan Levandovski “Çelsi”də çıxış edən Jorjinyonu birinci yerə layiq görüb. 33 yaşlı hücumçu PSJ-də oynayan əsas rəqibi, argentinalı Lionel Messini ikinci, “Mançester Yunayted”dən portuqaliyalı Kriştiano Ronaldonu üçüncü sırada göstərib.

Argentina millisinin kapitanı Messi isə komanda yoldaşlarını ilk pilləyə layiq görüb. O, ilk səsini Kilian Mbappeyə verib, Neymarı ikinci hesab edib. Messi “Real”dan Kərim Benzemanı üçüncü ən yaxşı oyunçu sayıb.

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo Levandovskini ilk pilləyə layiq görüb.O, “Çelsi”dən N`Qolo Kanteni ikinci, Jorjinyonu isə üçüncü pillədə göstərib.

Qeyd edək ki, ötən gecə “The Best” mükafatına Robert Levandovski layiq görülüb. O, ardıcıl ikinci dəfə bu mükafata sahib çıxıb.

Facebook Comments