Türkiyə futbolunda belə şey olmamışdı

Türkiyə futbolu tarixində bir ilk yaşanıb.

Sozcu.az “Haberturk”ı istinadən xəbər verir ki, bu, “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin istefaya göndərilməsindən sonra baş verib.

Bununla Türkiyənin 3-cü böyük klubu baş məşqçisiz qalıb. “Qalatasaray”dan əvvəl daha 2 böyük klub – “Fənərbaxça” və “Beşiktaş” da baş məşqçiləri Vitor Pereyra və Sergen Yalçınla yolları ayırmışdı. Onların yerinə daimi baş məşqçi təyinat olmayıb.

Xatırladaq ki, “Trabzonspor”un 49 xalla lider olduğu indiki mövsümdə “Fənərbaxça” 32 xalla 4-cü, “Beşiktaş” 29 xalla 9-cu, “Qalatasaray” 27 xalla 12-ci yeri tutur.qol.az

Facebook Comments