Pakistan Türkiyədən helikopter almaqdan imtina etdi

Pakistan Türkyə ilə 30 ədəd “T129 ATAK” helikopterinin alınması ilə bağlı imzalanan dəyəri 1,5 milyard ABŞ dollar olan müqaviləni ləğv edib.

Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Cümhuriyət” qəzeti məluat yayıb.

Qeyd etmək lazımdır ki, Pakistan generalı, Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə departamentinin direktoru Babar İftixar bunu keçirdiyi mətbuat konfransında təsdiqləyib.

“Turkish Aerospace Industries” şirkəti tərəfindən hazırlanan “T129” helikopterlərinin satışı Türkiyənin hərbi sənayesinin ən böyük qazanc sazişi olmalı idi. Hazırda rəsmi İslamabadın helikopterlərin alınması ilə əlaqədar Çinlə danışıqlar apardığı bildirilir.

Türkiyə helikopterlərinin satışının yoluna “daş qoyan” ABŞ olub. Belə ki, həmin helikopterlər Böyük Britaniyanın “Rolls Royce” və Birləşmiş Ştatların “Honeywell” şirkətlərinin ortaq qurumu sayılan “LHTEC” firmasının istehsal etdiyi “CTS800” mühərrikləri ilə uçmalıdır. Buna görə də helikopterlərin satışına ABŞ hökuməti də icazə verməlidir. Lakin hələ Donald Tramp dövründən tətqiq olunan sanksiyalar mühərriklərin gətirilməsini əngəlləyib.

Facebook Comments