Təhdidlər artır, birgə mərkəz yaratmalıyıq – Leyen

Hibrid təhlükələr artdıqca, AB və NATO əməkdaşlığı yeni səviyyəyə qaldırmalıdır.

Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

O qeyd edib ki, AB-nin təbliğat və hibrid təhdidlərinin təhlili üçün öz mərkəzini yaratması zəruridir:

“AB-nin düzgün qərarlar qəbul etməsi, vaxtında və aktiv şəkildə hərəkət etməsi üçün düzgün məlumat və analitik imkanlara ehtiyacımız var. Vəziyyəti təhlil etmək üçün ittifaqın özünün birgə mərkəzi olmalıdır”.

Facebook Comments