Şəmkirdə avtobus dayanacağı üçün imza toplandı

Birliyimizin təşəbbüsü əsasında Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində avtobus dayanacağının yaradılması ilə bağlı imzatoplama kampaniyasını yekunlaşdıraraq müraciətimizi və imzaları Şəmkir Rayonu İcra Hakimiyyətinin başcısına ünvanladıq.

Qəsəbəmizin yerli infrasturukturunun inkişafı bizim birinci məqsədimizdir. Bu səbəbdən birliyimiz qəsəbə sakinləri ilə müştərək şəkildə, qanunvericiliyinin əsaslarına uyğun olaraq öz fəaliyyətini müyyən edir və daha səmərəli nəticələr ortaya qoymaq üçün dahada əzmlə çalışacaq. Qəsəbəmizin yerli inkişafını və dahada gözəlləşməsini təmin etmək üçün qəsəbə sakinlərini aktiv olmağa, fəaliyyətimizdə yaxından iştirak etməyə çağırırıq.

Çinarlı Sosial İnkişaf və Xeyriyyə Birliyi qurulduğu andan qəsəbənin həyatına canlanma gətirmiş, insanlar arasında birgə fəaliyyətə inam yaratmış, uğurlu nəticələr doguracağı fikiri formalaşdırmışdır. Həqiqətən yarandığı ilk gün qeyd edilənlərə müvafiq olaraq ilk işimiz olan Şəhidlər Xiyabanının və ətrafının abadlaşdırılması bunun əsaslı və ciddi nümunəsidir.

Qəsəbə sakinləri ilkin mərhələdə öz maddi və mənəvi dəstəyi, formalaşdırdıqları fəaliyyət nəticəsində bu gün artıq Şəhidlər Xiyabanı gözəlləşmiş və səliqəli görünüşü ilə göz oxşayır. Qəsəbəmizin həyatında uğurlu işlərə imza atmaq üçün birgə olağın və daha çox çalışağın !

Çinarlı Sosial İnkişaf və Xeyriyyə Birliyi

Facebook Comments