Mən Zelenskinin xarici siyasət üzrə müşaviri olsaydım ona bir riskli siyasi addım təklif edərdim.
Trampın son günlərdə ritorikasında dəyişikliklər müsbət siyasi impuls hesab etmək, amma bu əsla o demək deyil ki, oturub Trampın yuxudan yaxşı əhvalda oyanmasını gözləmək lazımdır.
Trampa təsir məsələsində bəlkə də indiki məqam qədər daha əlverişli məqam olmayıb. Məsələ Trampın xarici siyasəti deyil, daxili siyasətidir. MAGA ciddi problemlər yaşayır və problemlər ümumi olaraq Trampa səs verənlər arasında yox, onun öz nüvə elektoratının daxilində baş verir.
Daxili intriqalar xarici təsir üçün ən münbit şəraitdir. Daxili siyasi gündəm baxımından Trampın ətrafında "neokonların"(Qrem, Rubio, Kelloq və s) mövqeləri güclənir(fikir verin ki, Ukrayna keysində Uitkoffun rolu azalıb, Kit Kelloq önə çəkilir) və bu prosesi izləmək yox, iştirak etmək lazımdır. "Neokonlara" dəstək vermək, onlara "stavka" etmək lazımdır. Zelenskiyə məsləhət görmək lazımdır ki, ictimai çıxışlarında onların mətbuat orqanlarına(New York Post və s) istinadları çoxaltsın, açıq təşəkkür etməkdən çəkinməsin.
Digər məsələ isə, Zelenski öz çıxışlarında dindar ritorikaya daha çox müraciət etməlidir, bu, elə həmin "neokonlar"a da elektoratları qarşısında Zelenskinin müsbət imicinin formalaşdırılmasına kömək edəcək.
ABŞ daxili siyasətinə qarışmaq və təsir etməyə çalışmaq olduqca riskli addımdır, misal üçün respublikaçılar indiyənə qədər seçkilər kampaniyası zamanı Zelenskinin Pensilvaniya ştatına("bənövşəyi" ştat) səfərini bağışlaya bilmirlər, amma Ukraynanın dip. korpusu riskli addımlar atmağa məcburdur, ona görə ki, izolyasionistlərin güclənməsi və Trampa təsirlərinin çoxalması təqdirdə ABŞ-ın Ukraynaya dəstəyi 0-a qədər enəcək.
Zelenskiyə daha bir kiçik məsləhətim odur ki, Kit Kelloqun qızı, keçmiş dəniz piyadası, Ukraynanın açıq dəstəkçisi Megan Mobbsla da gözəl təntənəli bir görüş təşkil etmək yaxşı olardı.
Kamran Cəfəov, politoloq