Ukraynada yeni müdafiə naziri təyin edildi

Ukrayna Ali Radası Denis Şmıxalın müdafiə naziri təyin edilməsinə səs verib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak Telegram-da bildirib.

O qeyd edir ki, Şmıxalın namizədliyini 267 xalq deputatı dəstəkləyib.

Xatırladaq ki, Denis Şmıxal dünənə qədər baş nazir postunu tuturdu.

Share on Facebook