Yalnız sərt təzyiq Kremli güzəştə getməyə məcbur edə bilər və ABŞ prezidenti Donald Tramp buna qadirdir.
Sozcu.az xəbər verir ki, bu fikri New York Post-a müsahibəsində Vladimir Zelenski səsləndirib.
Zelenskinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin silahlı münaqişəyə son qoymaq üçün kompromisə hazır deyil.
Eyni zamanda, o vurğulayıb ki, Tramp Rusiya liderini “diz çökdürmək” gücünə malikdir və bu, Rusiyada “ictimai partlayış”a səbəb ola biləcək sərt məhdudlaşdırıcı tədbirlərin sürətləndirilməsi ilə mümkün ola bilər.
“O, bunu hiss etməlidir”,- deyə Zelenski bildirib.
Zelenski həmçinin qeyd edib ki, Ağ Ev rəhbərinə sanksiyalara verdiyi dəstəyə görə çox minnətdardır.bakupost)