Paşinyandan separatçılara: İmkan verməyəcəyik!

Ermənistan ərazisində ikinci dövlətin mövcudluğuna imkan verməyəcəyik.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Qarabağ separatçılarının “nümayəndəliyi”nin binasının ləğv edilməsi təşəbbüsü fonunda deyib.

“Birbaşa dedim ki, Ermənistanda ikinci dövlətin olmasına icazə verə bilmərəm. Bu barədə əvvəllər də danışmışam və mesajın başa düşüləcəyinə ümid edirdim. Bir, iki, üç... Dövlət tədbir görməlidir”, - o bildirib.

Paşinyan əlavə edib ki, bu mülk Ermənistana məxsus olmalıdır.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu İnzibati Məhkəmədə Kadastr Komitəsinə qarşı iddia qaldıraraq qondarma “Qarabağ nümayəndəliyi”nin yerləşdiyi binaya mülkiyyət hüququnun etibarsız hesab edilməsini tələb edib.

Share on Facebook