Azərbaycanda daha 12 kiçik dövlət müəssisəsi hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 30 noyabr və 2 dekabr tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, “Ceyranbatan Dəmir Beton” ASC-nin dövlətə məxsus səhmləri dekabrın 2-si hərraca çıxarılacaq.

Noyabrın 30-u keçiriləcək hərracda isə 12 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış binası və yarımçıq tikili çıxarılacaq.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Xidməti rəsmi saytından tanış olmaq olar.

Facebook Comments