Kamal Kılıçdaroğlu həbs oluna bilər

CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu həbs oluna bilər.

Sozcu.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, Kılıçdaroğlunun Türkiyənin keçmiş ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraqdarı təhqir etdiyi iddiası ilə bağlı məhkəməsi baş tutub.

CHP lideri “dövlət məmurunu açıq şəkildə təhqir etmək” cinayəti ilə ittiham olunub.

Qeyd olunub ki, təqsirləndirilən şəxsin qarşı tərəfə ünvanladığı sözlər ifadə azaqlığına uyğun deyil.

Məhkəmədə K.Kılıçdaroğlunun 1 il 2 aydan 2 il 4 aya qədər həbsi istənilib.

Proses mayın 30-na kimi təxirə salınıb.

Share on Facebook