Mayın 2-də Gəncə şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri arasında dərsdən sonra məktəb binasından kənarda insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaşanıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Sozcu.az-a bildirilib ki, baş vermiş hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edilib ki, məktəb rəhbərliyi və kollektivi insident zamanı xəsarət almış şagirdə baş çəkib, vəziyyəti ilə maraqlanıb. Şagirdin vəziyyəti yaxşı olaraq qiymətləndirilir.