Ağdaş rayon xəstəxanasında korona xəstələrinə diqqət göstərilmir – ŞİKAYƏT

Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri Lətafət Məlikova Ağdaşın deputatı Cavid Osmanova , hüquq müdafiəçilərinə , Cİngiz Qənizadəyə və mətubata müraciət edib.

Hüquq müdafiəçisi bildirir ki, Ağdaş rayon xəstəxanasının nəzdində Korona xəstəxanasında Korona xəstələri ağır və yüngül keçirən xəstələr eyni palatada yerləşdirilib və xəstələr maska və su ilə təmin edilmir. Bu, həm də orada çalışan tibb işçilərinin həyatı üçün təhlükəlidir.

Bacısınl həmin xəstəxanada müalicə olunduğunu deyən hüuquq müdafiəçisi bildirib ki, 4 gün ərzində bacısı bir dəfə də olsun maska və su ilə təmin edilməyib.

Sozcu.az

Facebook Comments