Kosova və Serbiya üz-üzə: savaş təhdidi artır

Serbiya qoşunları beynəlxalq razılaşmalara əməl edərək, Kosova ərazisinə daxil olmayıblar, amma Belqrad serb əhalisinə hücum olunacağı və NATO-nun reaksiya verməyəcəyi təqdirdə hərəkətə keçməyə hazırdır.

Sozcu.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Serbiya hakimiyyəti ordu və polisi ayağa qaldırmayıb, ordu və polisin hazırlığını artırıb”, – Vuçiç bildirib.

Qeyd edək ki, bundan öncə serblər Kosovada aksiyalara start veriblər. Onlar Priştinadan Belqrada gedən yolu kəsiblər. Bundan sonra Kosova rəhbərliyinin bölgəyə 350 xüsusi təyinatlı, 20 zirehli maşın və snayper yığdığı bəlli olub. Serblər Kosova hüquq-mühafizə orqanlarının bütün tələblərinə rəğmən ərazini tərk etməyiblər.

Kosova ilə bərabər Serbiya da sərhəd bölgəsinə hərbi texnika toplamağa başlayıb. Bu isə bölgədə savaş təhdidini artırıb.

Facebook Comments