“Fənərbaxça”da Özilə görə fikir ayrılığı yarandı

“Fənərbaxça”da futbolçu Məsut Özilə görə fikir ayrılığı yaranıb.

Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi türkəsilli alman yarımmüdafiəçinin start heyətdə meydanda olmasını istəyir. Ancaq komandanı baş məşqçisi Vitor Pereyra rəhbərliklə eyni fikirdə deyil.

“Fənərbaxça” azarkeşləri isə M.Özil oynamasının tərəfdarıdır. Onlar bununla bağlı sosial şəbəkədə 32 yaşlı oyunçu ilə bağlı dəstək mesajları yazıblar.

Qeyd edək ki, M.Özil bu mövsüm meydana çıxdığı 5 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.

Facebook Comments