Ərdoğan Putinlə Əfqanıstanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Sozcu.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər Əfqanıstanda sabitliyin təmin edilməsi, asayişə və qanuna ciddi riayət olunmasının vacibliyini qeyd ediblər.

Terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə vəzifələrin prioritet xarakter daşıdığı vurğulanıb. Prezidentlər Əfqanıstan məsələsində ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Facebook Comments