Hərbçi dostları Şəhidin adına bulaq tikdirdi – İBRƏTAMİZ…

Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının giziri şəhid Tofiq Şəmsəddin oğlu Əmirlinin Vətən müharibəsindəki qəhrəmanlığından bu gün də danışılır.

Sozcu.az xəbər verir ki, şəhid hərbçinin adının yaşadılması üçün ailəsi tərəfindən doğulduğu Cəlilabad rayon Göytəpə qəsəbəsində Şəhid muzeyi tikilir. Tofiqin hərbçi dostları tərəfindən isə Qubadlı rayonunun Muradxanlı kəndi ərazisində Şəhid bulağı tikilərək istifadəyə verilib. Şəhid atası buna görə Tofiqin dostlarına öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Tofiq oktyabrın 13-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkə başçısı tərəfindən göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Çox təəssüflər olsun ki, Tofiq şəhid olandan sonra anası da bu dərdə dözməyərək dünyasını dəyişib.moderator

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 

Facebook Comments