İsfəndiyar Vahabzadə danışdı: “Azərbaycanlıları qoyun adlandıranda təhqir sayılmır, mən “donuz” deyəndə təhqir sayılır”

Keçmiş diplomat İsfəndiyar Vahabzadə bildirib ki, Rusiya Dövlət Dumasının deputatı və Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə ünvanına söylədiyi fikirlərdən təəssüflənmir.

O, “Osmanqızı” İnternet-kanalına müsahibəsində xatırladıb ki, Jirinovski dəfələrlə Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirib. Vahabzadə Jirinovskinin indiyədək adekvat cavab almamasından təəssüfləndiyini bildirib.

“Vaxtilə deyib ki, Azərbaycanda 8 milyon qoyun yaşayır. Sonra deyirdi ki, onların sayı 9 milyona çatdı. Necə olur, o, azərbaycanlıları qoyun adlandıranda təhqir sayılmır, mən “donuz” deyəndə təhqir sayılır “, – Vahabzadə bildirib.

O, Jirinovskinin bəyanatına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin notasını “zəif” adlandırıb. Bu, hətta etiraz notası da deyildi. “Kimsə Azərbaycanın və onun rəhbərliyinin ünvanına təhqirlərə cavab verməliydi “, – Vahabzadə deyib.

Facebook Comments