Nişanlı oğlan qəzada öldü – 3 gün sonra toyu olacaqdı

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisində baş verib.

Belə ki, Bakı sakini, əslən Lənkərandan olan 1988-ci il təvəllüdlü Aqil Fəxrəddin oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı 90 MP 585 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.

Yol kənarındakı rabitə dirəyini qırıb və qarşıdakı drenaj kollektoruna düşüb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, üç gün sonra mərhumun toy məclisi olacaqdı.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments