Dünən Kürdə batanlardan birinin bu gün nişan mərasimi keçiriləcəkmiş

Ötən gün Qazaxda 2 nəfərin Kür çayında batmasının bəzi təfərrüatları məlum olub.

Sozcu.az-ın məlumatına görə, rayonun Aslanbəyli kənd sakinləri 15 yaşlı Fəttahov Həmzə Arif oğlu Kürdə çimən zaman boğulub.

Bu zaman onun yanında olan həmkəndlisi, 22 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu 15 yaşlı yeniyetmənin boğulduğunu görüb. M.Şirməmmədov həmkəndlisini xilas etmək istəyən zaman o da çayda boğulub.

Ötən gün axşam saatlarında 22 yaşlı gəncin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

15 yaşlı gəncin isə meyitinin Kür çayında axtarışları davam edir.

Qeyd edək ki, M.Şirməmmədovun bu gün nişan mərasimi keçiriləcəkdi.apa

Facebook Comments