Xələfovdan sərhəd açıqlaması: Bu gün başa çatır

Rusiya ilə sərhədlərin demarkasiyası üzrə danışıqların növbəti mərhələsinə iyulun 6-da start verilib və bu gün başa çatacaq.

Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.

Onun sözlərinə görə, artıq üç gündür Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın toplantısı keçirilir:

“İclasda növbəti sahələr üzrə demarkasiya işlərinin aparılması ilə əlaqədar iş planını təsdiq edirik. Müvafiq ekspert görüşlərinin yerlərdə keçirilməsi ilə bağlı planları da təsdiqlədik”.

Facebook Comments