“Uzun illər diqqət çəkəcək və xatırlanacaq Şuşa Bəyannaməsi dünyaya verilən açıq bir mesajdır” – Əli Məsimli

“Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun Ermənistan üzərində əldə etdiyi qələbədən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi çox mühüm bir tarixi sənədddir.”

Bunu millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutnun rəhbıri Əli Məsimli “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni şərh edərkən bildirib. Əli Məsimli bildirib ki, Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun Ermənistan üzərində əldə etdiyi qələbədən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi çox mühüm bir tarixi sənədddir. Bəyannamə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin, iki qardaş ölkə arasında imzalanmış sənədlərə, beynəlxalq hüquqa, BMT-dən tutumuş digər beynəlxalq və regional təşkilatlara qədər bütün qurumların Qarabağla bağlı qərar və qətnamərinin ruhunu ifadə edir. Bu sənəd hərbi-strateji, siyasi, iqtisadi, regional, geosiyasi və geoiqtisadi və sair cəhətdlərdən çox mühüm əhəmiyyət kəsb edir.

Deputat əlavə edib ki, Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsinin əhəmiyytinin həmin aspektləri Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün bəyanatlarnda və digər açıqlamalırında çox aydın şəkildə öz əksini tapıb. Azərbaycan prezidenti bildirub ki, Türkiyə ilə biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq.Bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb.Türkiyə prezidenti Azərbaycan prezidentinin açıqlmasının davamı kimi bildirib ki,“Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

Bu bəyannamənim əhəmiyyəti bir də onunla əlaqədardır ki,onu dünya miqyasında güc mərkəzinə çevrilmiş Türkiyə ilə tarixdə çox nadir hadisələrdən birini- işğal altnda olan torpaqlarını işğaldan azad etməyi bacaran Azərbaycan imzalayıb.Bu iki qardaş ölknin gücünü birləşdirilməsi ki, elə bir təminatdır ki,bu gücə heç kim qalib gələ bilməz. Ona görə də xüsusi qeyd edilməlidir ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasındaki strateji əməkdaşlığı ən yüksək səviyyəyə qaldırırmaqla yanaşı, həm də keyfiyyətcə daha yüksək işbirliyinin güclü təminatıdır.Bu təminatlı işbirliyinə qoşulan gücünə güc qatar,44 günlük Vətən Müharibəsinin yaratdığı yeni reallıqlardan yalnız fayda görə bilər.Bu kontekstdə Əli Məsimli qeyd edib ki,Şuşa bəyannaməsi Azərbaycanın milli təhlükəsizlik, müstəqilliyimizə real məzmun verilmsinin dərinləşdirilməsi baxımından əhəmiyyəti ilə yanaşı Cənubi Qafqaz bölgəsi daxil regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.Bu baxımda Şuşa Bəyannaməsindən öz əksini tapan məsələrin reallaşdırılması təkcə Qarabaşın deyil,ümumilikdə regionun abı-havasını və mənzərəsinə yaxşıya doğru əhəmiyyətli dərəcədə dəyişə bilər ki, bu da yaşadışımız regionun bütün xalqlarının əmin-amanlığı və rifahı üçün çox vacibdir.

Əli Məsimli xüsusi vurğulayıb ki, uzun illər diqqət çəkəcək və xatırlanacaq Şuşa Bəyannaməsi dünyaya verilən açıq bir mesajdır.Həmin mesajlar arasında hərbi tərəfdaşlıq mesajı xüsusi önəm daşıyır. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bu, çox ciddi bir tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Əli Məsimli onu da xüsusi olaraq nəzərə çatdırdı ki, Şuşa Bəyannaməsi imzalananının imzalanmasının növbəti günü-iyunun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Milli Məclisindəki növbəti tarixi çıxışında parlamaent tribunasından Şuşa Bəyannaməsini dünyaya bəyan etdi və həm də dünyaya bir daha bəyan etdi ki, Azərbaycan tək deyil. Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bundan sonrakı əməkdaşlığımız hərbi, iqtisadi, eləcə də bütün sferalarda daha yüksək səviyyədə və yeni keyfiyyət halında davam edəcək. Prezident Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin rəhbəri kimi Azərbaycana bu səfəri Azərbaycanın Vətən müharibəsindəki şanlı zəfərindən sonra regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verən bir səfər kimi də qiymətləndirmək olar.

Əli Məsimli onu da qeyd edib ki, Şuşa Bəyannaməsinin çox taleyüklü, həm regional,həm də qlobal proseslərə təsir etmə gücündə olan hərbi əməkdaşlıq aspekti təbii olaraq daha çox şərh edilsə də, bu sənəd strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini- siyasi münasibətlər, ticari- iqtisadi əlaqələr, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və sair məqamları əhatə edir. Bununla yanaşı Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilib. Zaman keçdikcə Azərbaycanın Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların daha yaxşı anlaşılacaq. Bu baxımdan Şuşa Bəyannəməsi həm də üç Cənubi Qafqaz, eləcə də region ölkələrinin iqtisadi inkişafına da müsbət təsir edə biləcək tarixi bir sənəddir. Əli Məsimli bu kontejstdə onu da qeyd etdi ki,Azərbaycan qardaş Türkiyə ilə sıx işbirliyi nəicəsində Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinə fikirdə,sözdə və işdə böyük töhfə verir. 30 il ərzində Azərbaycanın bir nömrəli problemi olmuş işğal altında olan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin edilməsi məsələsi BMT TŞ-nin 4 məlum qətnaməsi ilə yanaşı, əksər Avropa strukturları və beynəlxalq qurumlar tərəfindən qəbul edilsə də, son 30 il ərzində işdə real təticə sıfır oldu.Ona görə də Azərbaycan BMT TŞ-nin 4 məlum qətnamələrinin tələblərini özü həyat keçirdi. Şuşa Bəyannaməsində öz əksini tapan çox önəmli məqamlar işğaldan azad olunmuş ərazilərin bərpası prosesinin sürətlə həyata keçirilməsinə də öz təsirini göstərəckdir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcud və getdikcə genişlənəcəkdir.Eyni zamanda xüsusi qeyd olunmalıdır ki, gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük.

Ermənistanın öz havadlarının köməyi ilə müharibə, geosiyasi oyunlar arenasına, xarabazara çevirdiyi Qarabağı tikinti meydanına, əməkdaşlıq arenasına çevirən Azərbaycana münasibtdə fəaliyyətlərinin 30 illik nəticələri sıfıra bərabər olan həmin qurumlar və təmsilçi ölkələr heç olmasa, bundan sonra indiyədək qəbul etdikləri sənədlərin altına qoyduqları imzalarına hörmət etməli, ”status oyunbaşlıqları” və sair ilə baş qatmamalı, Qarabağda başlanan və regiona təhlükəsilik, əmin-amanlıq, iqtisadi inkişaf və digər cəhətlərdən şəksiz müsbət təsir edəcək quruculuq işlərinə qoşulmalııdrlar. Belə bir genişmiqyası əməkdaşlıq Şuşa Bəyannaməsində xüsusi qeyd edilən və böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə həm regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası,həm də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhlizdən faydalanma işini də sürətləndirəcəkdir. Şuşa Bəyannaməsinin altında Azırbaycan və Türkiyə prezidentlərinin imzası olsa da,onun beynəlxalq konteksdə genişmiqyaslı xarakterə malik olması həm də ona dəlalaət edir ki, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərəcək, orada öz əksini tapan məqamların çoxu gələcəkdə iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə etməsinin də şahidi olacağıq.

Facebook Comments